Əlaqə Arxiv
news Image
2015.03.09
13:00
| A A A
Gümrüdə daha bir şok
Cinayət hadələri ilə populyarlıq qazanan Ermənistanın Gümrü şəhəri yaxınlığında sifəti tanınmaz hala salınmış kişi meyidi tapılıb.

Movqe.az Milli.az-a məlumatına görə, cəsəd Gümrüdən şimalda yerləşən Maisyan kəndində, Gümrü-Bavra avtomagistral şossedə aşkarlanıb.

Kəndin ağsaqqalı Akop Baqdasaryanın sözlərinə görə, naməlum kişi meyidini kənd kilsəsinin yanında tapıblar.

Qətlə yetirilmiş şəxs 30-35 yaşlarında olub. Kənd sakinləri onun cəsədinə baxış keçirərkən, nədən öldüyünü müəyyən edə bilməyiblər.

"Üzü təmamilə tanınmaz hala salınmışdı. Əvvəlcə biz düşündük ki, bu kimdirsə bizim mal-qara fermamızdandır. Yoxladıq, aydın oldu ki, fermanın bütün işçiləri sağ-salamatdır. O, bizim kənddən deyildi. Qalan işləri qoy hüquq-mühafizə orqanları görsün. Artıq bizlik bir şey yoxdur", - deyə Akop Baqdasaryan bildirib.
Sizin Reklam Yeriniz