Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumrayon tədbiri keçirilib
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
R.Əlihəsənov adına Masallı 1 saylı tam orta məktəbində 8 mart -
Beynəlxalq Qadınlar Günü
münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Masallı Rayon
İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, icra aparatının digər
rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,
müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət
müəssisələrində çalışan qadınlar, təşkilat rəhbərləri,
müxtəlif sahələrdə çalışan, rayonun ictimai-siyasi, mədəni
həyatında fəallığı ilə seçilən qadınlar, eləcə də ictimaiyyət
nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları
məktəbə daxil olarkən xoş bayram əhval-ruhiyyəsi ilə
qarşılanıblar.
İcra başçısı Rafil Hüseynov tədbirdə çıxış edərək bayram münasibətilə qadınları təbrik edib, rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında xanımların rolunu və əməyini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrikinində deyir ki, müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir. Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə öz istedadı və zəkasıyla yeni səhifələr yazmış maarifpərvər Azərbaycan xanımlarının yolunu siz bu gün də şərəflə davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr boyunca sosial-mədəni fəaliyyətin genişləndirilməsi istiqamətindəki müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş cəmiyyətinin təşəkkülü və əsaslarının möhkəmləndirilməsi prosesində yaxından iştirakınızla daha da zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz vardır.
Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız.
-Son illər ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında Azərbaycan qadınının tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünya aydın şəkildə görür. Rayon rəhbərliyi adından hamınıza cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar arzulayıram.- deyə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı R.Hüseynov bildirib.
Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özünün çoxsahəli fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir. Məhz bu fəallığın nəticəsidir ki, ötən il yerli bələdiyyə orqanlarına keçirilən seçkilərdə masallılı qadınların əhəmiyyətli bir qismi bələdiyyə rəhbərliyinə seçilib. Qeyd olunub ki, müasir dövrümüzdə Azərbaycan qadını həyatımızın bütün sahələrində kişilərlə bərabər uğurla fəaliyyət göstərir. Müstəqil və müasir Azərbaycan dövlətinin qadın siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdir. Harada qadın varsa, orada səliqə-sahman, nizam-intizam var. Qadın həyatdır, indiki cəmiyyətdə də qadınsız təsəvvür etmək mümkün deyil. - deyə İcra başçısı xüsusi vurğulayıb.
Ətraflı çıxışında tarixə qısa ekskurs edən İcra başçısı daha sonra bildirib ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərib, cəmiyyət həyatına mütəmadi nüfuz edərək öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlayıb.
Rayon rəhbəri qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilib. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunur. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. İcra başçısı sonda vurğulayıb ki, respublikamızın hər yerində olduğu kimi, Masallıda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək, bu gün rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Sonra Rafil Hüseynov rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına və qazandıqları uğurlara görə bir qrup qadına - Minəvyar Əzimova, Lətifə Hüseynova, Gülnarə Məmmədova və Aysel Nərimanovaya Fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
"Mövqe.az" saytının əməkdaşı Ə.Şükürovun xəbərində deyilir ki, R.Əlihəsənov adına Masallı 1 saylı tam orta məktəbin gənc müəllimi Kəmalə Bəşirova, Yelağac kənd məktəbinin direktoru Sevil Ağammədova və başqaları rayonda gedən genişmiqyaslı işlərin görülməsində və bayram münasibətilə onları təbrik etdiyinə görə rayon rəhbərinə xoş arzularını bildiriblər.
Sonra bədii hissədə rayon mədəniyyət işçilərinin hazırladığı konsert proqramı təqdim olunub. Bayram süfrəsi arxasında davam edən tədbirdə rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. İncəsənət ustalarının və bir qrup tanınmış musiqiçilərin ifa etdikləri şən, oynaq musiqi nömrələri şənliyi daha da rövnəqləndirib. "Ana" şeiri xüsusi alqış sədaları ilə qarşılanıb:
Ürəyim, ciyərim, canımsan Ana,
Əbədi şöhrətim, şanımsan Ana.
Damarımdan axan qanımsan Ana,
Qəlbim səni gözlər, ruhum səni izlər,
Könlüm səni istər, laylan övlada qida,
Odur aləmə nida
Ana laylasıdır,
Ana laylasıdır
Ən həzin, kövrək səda.
Şirniyyat masası arxasında davam edən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş edib.