Əlaqə Arxiv
news Image
2012.08.13
17:19
| A A A
Ermənilər və gürcülər kür çayını həddindən artıq çirkləndirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 22.7 m3/san azalaraq 74.5 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Avqust ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri isə 4 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.42-6.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Sizin Reklam Yeriniz