Əlaqə Arxiv
news Image
2015.03.22
15:03
| A A A
BBC: Bakı nefti tarixin gedişatını necə dəyişdi
BBC telekanalında Azərbaycanda neft istehsalının tarixinə həsr edilmiş süjet yayımlanıb.

Movqe.Az AZƏRTAC-a istinadən xəbər verir ki, süjetdə Bakı neftinin hələ Birinci Dünya müharibəsi illərdə oynadığı rola diqqət yönəldilir və bildirilir ki, dünyanın aparıcı ölkələri məhz "qara qızıl"a görə Bakı sahillərinə can atırdı.

"Bu yerlər neftlə zəngindir. 1900-cu ildə dünya neftinin yarısı Bakıda hasil olunurdu. Dünyanın hər yerindən neft bumu insanları bura cəlb edirdi", - deyə süjetdə vurğulanır. Həmçinin qeyd olunur ki, Bakıya üz tutmuş insanlar arasında Nobel və Rotşild qardaşları kimi məşhur şəxslər olub. Bakı o illərdə müxtəlif din və millətlərin cəmləşdiyi bir şəhərə çevrilmişdi. Bu şəhər yeni texnologiyalar sayəsində strateji bir məkan olmuşdu.

Süjetdə bildirilir ki, XIX əsrin ortalarına qədər neft əsasən məişətdə və təbabətdə işlədilirdi. Sonradan isə neft sənayedə geniş istifadə olunmağa başlandı. Müəllif 1918-ci ildə Bakı uğrunda mübarizəyə dünyanın aparıcı ölkələrinin qoşulduğunu bildirir. Həmin il Azərbaycan müstəqil oldu və bu suverenlik iki il davam etdi. Lakin 1920-ci ildə Bakı nefti sovetlərin əlinə keçdi. "100 il bundan əvvəl burada baş verən hadisələr müharibələrin aparılması qaydalarını və məqsədlərini dəyişərək tarixin gedişatında dönüş nöqtəsi oldu", - deyə süjetdə qeyd olunur.
Sizin Reklam Yeriniz