Əlaqə Arxiv
news Image
2015.03.26
20:12
| A A A
Ölüm səfərinə püşk atanlar
Fransada qəzaya uğrayan Almaniya təyyarəsində olan sərnişinlərin maraqlı həyat hekayələri ortaya çıxmağa başlayıb.

Movqe.az Publika.az-a istinadən xəbər verir ki, Almaniyanın Helzenkirhen şəhəri yaxınlığında yerləşən bir liseydən İspaniyaya gedən 16 şagird püşklə müəyyən edilmişdi.

İspaniya və Almaniya arasında həyata keçirilən şagird mübadiləsi proqramına sözügedən liseydən 40 şagirdin qatılmaq istəməsi məktəbin rəhbərliyini püşk atmağa məcbur edib və 16 nəfərlik qrup müəyyənləşdirilib. Hələ adları açıqlanmayan 16 şagirdə iki müəllim də qatılıb.

Qeyd edək ki, qəzada çoxu Almaniya vətəndaşı olmaqla 150 nəfər həyatını itirib.
Sizin Reklam Yeriniz