Əlaqə Arxiv
news Image
2015.03.27
10:02
| A A A
Aİ: Azərbaycan makroiqtisadi inkişafda böyük naliyyətlər əldə etdi
Movqe.az-ın Trend-e istinadn məlumatına görə, bu barədə Avropa Qonşuluq Siyasətinın Azərbaycanda tətbiqi ilə bağlı hesabatda deyilir.

Hesabatda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi müsbət dəyərləndirilib. Bildirilib ki, qeyri-neft sektorunda artım və sosial sabitlik sayəsində makroiqtisadi mühit sabit qalıb.

Hesabatda Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji təchizatının diversifikasiyası istiqamətində Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığı sahəsində mühüm irəliləyişin əldə olunması qeyd olunub. Bu baxımdan hesabatda "Cənub" Qaz Dəhlizi" layihəsinin Aİ-Azərbaycan dialoqu üçün çox vacib olduğu vurğulanıb.
Sizin Reklam Yeriniz