Bakıda əqrəb sancması ilə bağlı təcili yardıma müraciət edənlərin sayı artıb
Bu ilki yay mövsümündə Bakıda əqrəb sancması
ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 43 nəfərə
çatıb. Onlardan 35-i xəstəxanaya yerləşdirilib. Bu
barədəAPA-ya Bakı şəhər Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital
işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, dünən Bakıda 2 nəfəri əqrəb sancıb. Xəzər
rayonu Şüvəlan qəsəbəsində 20 yaşlı hərbçi , Sabunçu rayonu Maştağa
qəsəbəsində isə 21 yaşlı qız əqrəb sancması ilə bağlı xəstəxanaya
yerləşdirilib.