Əlaqə Arxiv
news Image
2015.06.12
16:00
| A A A
Azərbaycanda qadın pilotlar hazırlanacaq
Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 1-30 iyun tarixində pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlandığını elan edib. AZAL-ın mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə qatılmaq istəyən namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar. Yaş - 18-25, boy - 160-180 santimetr, maksimum çəki - 75 kiloqram, Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir), təhsil haqqında sənədin əsli, 3х4 sm ölçüdə şəkil, xarici dil biliklərini təsdiqləyən sertifikat (əgər varsa).

Bütün sənədlər "Azərbaycan Hava Yolları" QSC-nin Şəxsi heyətlə iş üzrə Baş idarəsinə təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.
Sizin Reklam Yeriniz