Əlaqə Arxiv
news Image
2015.06.25
13:00
| A A A
Bağlanış mərasimi üçün əlavə biletlər olacaq?
Avropa Oyunlarının Bağlanış mərasimi üçün əlavə biletlər satılmayacaq. Movqe.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib. 
"Bəli, tədbirə maraq böyükdür. Amma bütün biletlərin satılması o deməkdir ki. bütün yerlər doludur. Buna görə, təəssüflər olsun ki, əlavə biletlər satılmayacaq", - deyə Saymon Kleq bildiirb.

O həmçinin qeyd edib ki, sabah 28 minə yaxın tamaşaçının oyunlara baxmağa gələcəyi gözlənilir. 26 iyun Azərbaycan Sİlahlı Qüvvələr Günü - qeyri iş günü olduğundan tamaşaçıların əvvəlki günlərə nisbətən daha aktiv olacağı gözlənilir. 

"Eyni zamanda bu günün yarışlarına bütün biletlər satılıb", - deyən Saymon Kleq Bakı 2015 Oyunlarının saytına olan marağın da artdığını bildirib. Onun sözlərinə görə, hər gün sayta 6 milyon insan daxil olur. Bu da 23 faiz artım deməkdir.
Sizin Reklam Yeriniz