Əlaqə Arxiv
news Image
2015.07.03
16:08
| A A A
Məktəbdə şagirdi ilə öpüşdüyü iddia edilən müəllimə direktordan yeni-TƏKLİF
Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli məktəbdə şagirdi ilə öpüşdüyü iddia olunan  müəllim məktəb tərəfindən işə geri çağrılıb. "Təmiz Dünya"İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Movqe.az-a verdiyi xəbərə görə, sinif otağında şagirdi ilə videosu olduğu iddia edilən məktəbin ingilis dili müəlliməsi Ziyafət Nəbiyevaya məktəbin direktor müavini zəng edərək bildiirib ki, o işdən çıxarılmayıb, məzuniyyətə göndərilib. Müəlliməyə işə qayıtmalı olduğu bildirilib: "Eyni zamanda deyiblər ki, fakt  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır. Biz hazırda məhkəməyə məsələ ilə bağlı sənədləri hazırlayırıq".
M. Zeynalova bu cür faktların araşdırılmalı olduğunu söyləyib: "Bu sıradan bir ittiham deyil. Məktəblə, təhsil sistemi ilə eynicinslilər sözünün bir arada hallandırılmasının çox pis sonluğu ola bilər. Valideynlər uşaqlarını, xüsusilə qızları təhsildən uzaqlaşdıra bilərlər. Ona görə də, bu məsələnin böhtan olub-olmadığı araşdırılmalıdır. Biz Təhsil Nazirliyinə də məktub yollamışıq. Hələki cavabını gözləyirik".
Qeyd edək ki, həmin məktəbin 11-ci sinif şagirdi Məmmədova Nəzrinin (ad,soyad şərtidi) sözlərinə görə sinif otağında ingilis dili müəlliməsi ilə onun gizli çəkilmiş videosu təqdim olunub. Şagirdin sözlərinə görə məktəbin ingilis dili müəlliməsi ilə aralarında şagird müəllimə münasibəti olub. Məktəb direktorunun dediyinə görə, valideyinlərdən biri sinif otağına kamera quraşdırıb və onların görüntüsünü qeydə alıb. Video görüntülərdə məktəbin şagirdi sinifə daxil olaraq, müəllimənin üzündən öpməsi əks olunub. Sonra digər şagirdlər otağa daxil olublar. Məktəblinin sözlərinə görə, onlara maraqlı olan məsələ odur ki, video qışda çəkilibsə, niyə bu gün yayılıb bu kadrlar. Şagirdin iddiasına görə qeyd olunan videoda hansısa tərbiyəsiz görüntü yoxdur. Onlar bunu qəsdən ediblər ki, müəlliməni işdən çıxarsınlar.
Sizin Reklam Yeriniz