"BakuBus" avtobusları hansı xətlərə buraxılacaq?-AÇIQLAMA
"1 Avropa Oyunları zamanı ekspress
marşrutlarda xidmət göstərən "BakuBus"
avtobusları paytaxtda yalnız şəhərdaxili sərnişindaşımada istifadə
olunacaq. Hələki, "BakuBus" avtobuslarının hansı xətlərdə istismar
olunması barədə konkret qərar verilməsə də, həmin avtobusların
şəhərin mərkəzində marşurutlara buraxılacağı nəzərdə tutulur.". Bu
barədə Movqe.az-a "Bakısərnişinnəqliyyatı" MMC-nin Nəzarət Xidmətin rəhbəri
Vüqar İbrahimli məlumat verib. gələn aydan bu barədə verilən qərar
məlum olacaq. Qeyd edək ki, "Bakubus" MMC-nin avtoparkı
Fransanın istehsalı olan 151 "İveco Crealis" və 151 "İveco
Urbanway" markalı avtobuslarla təchiz olunub. "BakuBus"
MMC-nin direktorunun müavini Vüsal Kərimli mətbuata açıqlamasında
bildirib ki, MMC-də 1 000-ə yaxın iş yerinin açılması nəzərdə
tutulur. Açılacaq iş yerlərinin 750-i sürücülər üçün nəzərdə
tutulur. Sürücülərin orta aylıq əmək haqqı 600-700 manat
olacaq.