Dənizdə boğulanların sayı artır
Dünən bir nəfər dənizdə, bir nəfər isə göldə
çimərkən boğulub. Movqe.az DİN-in saytına istinadən xəbər
verir ki, Səbail rayonu ərazisindəki Bibiheybət çimərliyində Bakı
şəhər sakini Kamran Rəhimli dənizdə çimərkən boğulub.
Digər bir boğulma hadisəsi isə Bərdə rayonunda baş verib. Nazırlı kənd sakini Nicat Həsənov kəndin ərazisindəki göldə çimərkən boğulub. Hər iki meyit sudan çıxarılıb.