Əlaqə Arxiv
news Image
2015.08.19
13:26
| A A A
Metroda ingilis dilində səsləndirilmə daimi olacaq
Bakı Metropolitenində stansiyalararası məlumatların Azərbaycan dili ilə yanaşı ingilis dilində də səsləndirilməsi müvafiq yeni qərar verilənə qədər daimi olacaq.

Movqe.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.


"Stansiyalar haqqında məlumatların ingilis dilində səsləndirilməsinə son qoyulması ilə bağlı qərar yoxdur. Məlumatların səsləndirilməsi yeni bir qərar olanadək davam edəcək", - N.Paşayev bildirib.


Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində Təşkilat Komitəsinin stansiyalar haqqında məlumatların ingilis dilində də səsləndirilməsi təklifindən sonra Metropoliten bu yeniliyi etmişdi.


Sizin Reklam Yeriniz