Türk onkoloqları Bakıya toplaşır
Türk onkoloqları Bakıya toplaşacaq. Bu barədə məlumatı Movqe.az-a
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli verib. A. Kərimli
bildirib ki, bu görüş Milli Onkologiya Mərkəzi ilə Türk Onkoloqlar
dərnəyi arasında baş tutacaq. A. Kərimlinin sözlərinə görə, ölkəyə
bu gün gələcək türk onkoloqlarının 45 nəfərlik heyyəti Milli
Onkologiya Mərkəzində olduqdan sonra ümimilli lider Heydər Əliyevin
məzarını ziyarət edəcək. Daha sonra qonaqlar Şəhidlər Xiyabanında
şəhidlərimizin və türk əsgəri abidəsini ziyarət edərək məzarları
üzərinə gül dəstələri qoyacaqlar. Sabah saat 9:00-da isə Avropa
otelində Milli Onkologiya Mərkəzi ilə Türk Onkoloqlar
Dərnəyinin konfransı başlayacaq. A. Kərimli konfrans zamanı
onkologiya sahəsində son tibbi yeniliklər və düzgün müalicə
üsulları ilə bağlı fikir mübadiləsinin aparılacağını
söyləyib.