Əlaqə Arxiv
news Image
2012.10.10
17:24
| A A A
İran və Azərbaycan arasında məhkumların öz ölkələrinə verilməsi məsələsi müzakirə olunub
İran İslam Respublikasının Bakıdakı konsulu Seyidmovsen Mövlayi və konsulluğun əməkdaşı Əlimirzə Əlimirzəyev ədliyyə nazirinin müavini, Penitensiar Cidmətin rəisi Mədət Quliyevlə görüşüblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşları olduqları ölkəyə verilməsi sahəsində görüləcək işlər barədə müzakirələr aparılıb.

M. Quliyev hər iki ölkənin məhkumların vətəndaşı olduqları ölkəyə verilməsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulduğunu, eyni zamanda iki ölkə arasında analoji sazişin mövcud olduğunu deyib. Məhz bu hüquqi baza əsasında məhkum edilmiş şəxslərin öz ölkələrinə verilmələri sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb və ortaya çıxan problemlərin operativ müzakirəsi məqsədilə mütəmadi olaraq görüşlərin keçirilməsi məqsədəmüvafiq hesab olunub. 

S. Mövlayi Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.
 
Sizin Reklam Yeriniz