Əlaqə Arxiv
news Image
2015.10.22
13:48
| A A A
Lənkəranda ana ölümünün təfərrüatları...
Lənkəranda doğuş zamanı ana dünyasını dəyişsə də uşaq salamatdır. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, ana ölümünün səbəbi SN-nın Doğuşayardım Komissiyası tərəfindən araşdırılır.Nazirlikdən bildiriblər ki, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb. Bu ananın ilk doğuşu olub. Doğuş zamanı dünyasını dəyişən Şağlaser kənd sakini Ağayeva Sənayə Nazim qızının 17 yaşı olduğu bildirilir. Şağlaser bələdiyyə başçısı Rza Nemətov Movqe.az-a açıqlamasında bildirib ki, 1997-ci il təvəllüdlü Ağayeva Sənayə Şağlaser kənd sakini ilə erkən nikaha daxil olub: "Bizə yaxınlarının verdiyi məlumata görə,hamilə qadın xəstəxanaya aparanda onda sadəcə doğuş sancıları olub. Yəni, xəstənin vəziyyəti pis olmayıb. Xəstəxanada doğuş həyata keçirildikdən sonra da, bir neçə dəqiqə yeni ana olan qadının vəziyyəti normal olub. Oğlan uşağı dünyaya gəlib. Qəflətən ananın vəziyyəti pisləşib və həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının bizə veridyi məlumata görə, hələki həkim ölümün baş verməsi barədə onlara heç bir söz deməyib. Qadının nəşi  tibbi ekspertizadan keçirilməsi üçün hələki, xəstəxanadan yaxınlarına təhvil verilməyib".  
Sizin Reklam Yeriniz