Əlaqə Arxiv
news Image
2012.10.23
17:44
| A A A
Narkomaniya bəlası
Narkotikanın zərərləri hər birimizə məlumdur. Nə dərəcədə zərərli vərdiş olması, insan şəxsiyyətini uçuruma yuvarlaması haqqında danışılsa da, tədbirlər gücləndirilsə də nə narkomanların sayı, nə də ki, satışın sayı azalır.
2010-cu ildə narkoloji dispanserə müraciət edənlərin sayı 2353 olub, 2011-ci ildə bu rəqəm azalaraq 1999 nəfərə düşüb. 2011-ci ildə  qeydiyyatda olan narkomanlar 24875 nəfərdən  2012-ci ildə artaraq 26469 nəfərə yüksəlib. Burada diqqəti bir məqam cəlb edir. Narkomanların sayı artır, müalicə olunmaq istəyən insanların sayı isə azalır. Psixoloq Züleyxa Balacayeva insanların ictimai qınağdan qorxduqlarını və buna görə müalicəyə az hallarda üz tutduqlarını deyir: "Burada əsas səbəb budur ki, insanlarımız ictimai qınaqdan qorxurlar. Çoxları imkanlı ailənin uşaqları olduğu üçün, ailə imicləri zədələnməsin deyə belə halları çox vaxt gizlədirlər. Narkomaniyanın atrmasına səbəb sosial problemlərdir. Yəni insanlar sosial problemlərini həll edə bilmədikləri, üzləşdikləri maneələr qarşısında özlərini aciz, çarəsiz, gücsüz hiss etdikləri üçün tərki dünya olurlar, depressiyaya qapılırlar. Belə insanlar adətən çıxış yolu kimi  narkotikadan istifadəni görürlər ki, bu da zamanla həmin insanların fəlakətinə səbəb olur.
Belə halların qarşısını almaq məsələsi ümumi xarakter daşıyır. Belə hallara fərdi yanaşma lazımdır. Mühitin, şəxsiyyətin təhlili önəmlidir. Cəmiyyətdə hal-hazırda nə baş verir, bunu artıran səbəblər nələrdir? bunları bir-bir təhlil etmək lazımdır. Belə hallar ictimailəşdirildikdə gənc nəsildə daha çox maraq yaranır. Maraq yarandıqda artıq bunu sınamaq istəyirlər. Narkotikdən istifadə yeniyetmələrdə sınaq məqsdinə çevrilir.
Narkomaniyayla mübarizə tədbirləri gücləndirilməlidir. Hamımız bildiyimiz kimi XXI  əsrdə
 narkotik satışı artmaqdadır. Narkobiznes daha da genişlənməkdədir. Narkotik satışının qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Yalnız belə olduğu halda narkomaniyanın qarşısını az da olsa almaq olar".
Sizin Reklam Yeriniz