Uşaqların acımasız xəstəliyi
Raxit ən hiyləgər
uşaq xəstəliklərindən biridir. Uşaq yaşında raxit xəstəliyiylə
üzləşənlərdə, həyatı boyu müəyyən problemlər ola bilər. Bu
xəstəliyin ən pis cəhətidə odur ki, profilaktikası olmadıqda, onun
peyda olması 90%-ə bərabərdir.
Adətən raxit
xəstəliyinə o uşaqlar tutulur ki, onların anaları vaxtında lazımi
miqdarda kalsium qəbul etməyiblər. Uşaq dünyaya gəldikdən sonraysa,
artıq ilk aylarda uşaq böyüdükcə onda kalsium
çatışmır.
Belə halda uşaqlara
D vitamini lazımdır. Bu isə yeni doğulmuş uşaqlarda günəş işığı və
isti vasitəsiylə alınır. Uşaq günəş şüasını az qəbul etdiyi halda
isə, orqanizm yetərincə vitamin almır.
Raxit xəstəliyinin
əlamətləri
Bu xəstəlik adətən
uşaqlarda 2-3 ayında ortaya çıxır. Narahatçılıq, tez-tez ağlama
halları, yuxunun pozulması, qorxaqlıq və s. kimi hallar xəstəliyin
ilikn əlamətləridir. Bu xəstəliydən əziyyət çəkən uşaqların
iştahası olmur və adətən qəbizlikdən əziyyət çəkirlər.
Uşaq yaşlarında bu
xəstəlikdən dəfələrlə əziyyət çəkənlər üçün sonradan müəyyən
problemlər yarana bilər. Misal üçün immunitetin zəifləməsi. Ən
pisidə odur ki, raxit xəstəliyi əziyyət zahiri görünüşü korlayır.
Uşaqların əqli cəhətdən inkişafdan geri qalmalarıda
mümkündür.
Raxirt xəstəliyini
necə müalicə etmək olar?
Raxit xəstəliyinin
müalicəsinə başlamamışdan əvvəl, bu xəstəliyin səbəblərini bilmək
mütləqdir.
Daha sonra isə
uşağı kalsium və fosforla təmin etmək lazımdır. Yaxşı olardı ki,
süd məhsullarına üstün verilsin.
Təmiz havada
olmaqda belə uşaqlar üçün mütləqdir. Raxit xəstəliyinin
fəsadlarıyla üzləşmək istəməyənlər, tez bir zamanda həkimə müraciət
etməlidirlər.


Türkan
Nadirqızı
Movqe.Az