Zob xəstələri bu çaydan içsinlər
Qalxanabənzər vəzin normadan artıq və ya az hormon istehsal etməsi yorğunluq, kökəlmə, əsəbilik kimi problemlərə səbəb olur.
Zobun sağlamlığa verdiyi zərərlərin qarşısını almaq üçün Movqe.az-ın publika.az-a istinadən təqdim etiyi zəncəfilli çaydan faydalana bilərsiniz.
Zəncəfil və limonla hazırlanan bu çay zoba qarşı təsirli olmaqla yanaşı, immunitet sistemini gücləndirir, arıqlamağa kömək edir.
Tərkibi:
1 stəkan isti su
Yarım limon
1 çay qaşığı doğranmış təzə zəncəfil
Hazırlanması:
İncə dilimlənmiş limonu və doğranmış zəncəfili isti suya əlavə edib beş dəqiqə gözləyin. Çayı ilıq halda için.
Bu çayı səhər və axşam olmaqla, gündə iki dəfə içmək məsləhətdir.