Əlaqə Arxiv
news Image
2016.02.15
15:17
| A A A
Məcburi köçkünlərlə bağlı 263 məhkəmə prosesi keçirilib
Elçin Qədimov: "Məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 263 məhkəmə prosesi keçirilib"

Ötən il məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına  dair 263 məhkəmə prosesi keçirilib. Bu barədə Movqe.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov məlumat verib. E. Qədimov bildirib ki, ölkə başçısının 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə  Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə  daxil olmuş müraciətlər əsasında cari ildə məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına  dair 263 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak edibdir. E. Qədimovun sözlərinə görə, ümumiyyətlə ötən il Nazirlər Kabinetinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 65 mindən artıq yazılı müraciətə baxılıb, 18 min nəfər qəbul edilib və müraciətlərin  80 faizindən çoxu müsbət həll edilibdir. 


Sizin Reklam Yeriniz