Əlaqə Arxiv
news Image
2016.02.26
17:10
| A A A
ADNSU -da “Xocalıya yürüş” aksiyası

Fevralın 26-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımına həsr olunmuş "Yerində donma" aksiyası keçirilib. Əcnəbi və yerli tələbələrimizin qatıldığı bu aksiya özünün kütləviliyilə diqqəti çəkib.Əcnəbi tələbə və əməkdaşlarımız 1 saat davam edən "Yerində donma" və "Xocalıya yürüş" aksiyasında Dünya Birliyini Xocalıda törədilən ədalətsizliyə qarşı susmamağa səsləyiblər. Tələbə gənclərimiz Xocalıda törədilən qətliamın günahkarlarının nəhayət beynəlxalq məhkəmə qarşısına çıxarılaraq cəzalandırılmasını istəyiblər. Tələbələr Xocalı soyqırımına etiraz edən fotostent və şüarlarla dəhlizlərdə hərəkət ediblər. ADNSU-nun digər tələbələri də bu aksiyanı yerində donmaqla izləyiblər. Aksiyada yalnız "Dünya Xocalı Faciəsini tanımalıdır!", "Xocalıya Ədalət!", "İşğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxarılsın!", "Dünya Birliyi bu ədalətsizliyə susmamalıdır!" "ADNA Xocalı soyqırımını pisləyir" və sair şüarlar danışıb.Universitetin əsas binasının foesində Dağlıq Qarabağ müharibəsi zamanı General Əlibəy adı ilə tanınan vedili Əlövsət Qasımovun Xocalı faciəsi dövründə şəkdiyi fotoşəkillər özünün iştirakı ilə nümayiş olunub. Universitet rəhbərliyi, rektor Mustafa Babanı, prorektorlar və digər müəllim əməkdaşlar da aksiyaçılara qoşulublar. Bir qrup tələbə xocalıların xatirəsini "bizdə xocalıyıq" ideyası altında ölmü ifadə edən flaşmobla –cansız vəziyyətdə yerə yıxılmaqla tamamlayıblar. Faciə qurbanlarının xatirəsinə karidorlara qərənfilər düzülüb, şamlar yandırılıb. Rektor Mustafa Babanlı və tədbirdə iştirak edən prorektorlar yerə qərənfilər düzüblər.Xocalını  anım tədbiri akt zalında davam edib. Universitet rəhbərliyi müəllim və tələbələr, Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Faciə qurbanlarına Allahdan rəhmət dilənib. M.Babanlı mərasimdə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib, Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını, öz tarixi torpaqlarından qovularaq qaçqına, məcburi köçkünə çevrilməsi ilə bağlı acı həqiqətlərə diqqət çəkib. Eyni zamanda bildirib ki, gənc nəsl Xocalı soyqırımını yaddan çıxarmdan irəli baxmağı bacarmalı və düşmən üzərindəki qisasını, qələbəsini yüksək elmlərə yiyələnməklə, ağlı, biliyi ilə qazanmalıdır. "Biz hərəkətlərimizlə, elmi səviyyəmizlə elə işlər görməliyik ki,  uzun illər apardığımız mübarizənin nəticəsini görə bilək. Biz yalnız o zaman rahat nəfəs alacağıq ki, Qarabağa qayıdaq, orada həyatı gözəlləşdirək.  Yalnız bununla orada ölənlərin ruhunun şad olacağını düşünüb təsəlli tapacağıq".Ə.Qasımov mərasimdə çıxış edərək, o müdhiş hadisələrlə bağlı şahidi olduğu erməni vəhşiliyindən danışıb və həmin kadrları fotolentə köçürməsinin necə ərsəyə gəlməsini qeyd edib.Mərasimində qeyd olunub ki, Ermənilər Xocalıda insanlığa sığmayan vəhşiliklər, qəddarlıqlar törədiblər. Erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

   Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.


Sizin Reklam Yeriniz