Smartfon vasitəsilə birbaşa pulköçürmələr mümkün olacaq
Almaniyanın
"Number26" mobil bankı smartfonun ekranından birbaşa hesab açmağa
və maliyyə əməliyyatları aparmaq üçün yeni xidmət istifadəyə
verəcək. Movqe.az AzərTac-a istinadla xəbər verir ki, mobil bank
"Transferwise" ilə əməkdaşlığı sayəsində əmanətçilərinə xaricə
vəsait köçürmək imkanı təklif edə bilər. "Transferwise"
р2р-pulköçürmə texnologiyasından istifadə edir. Bu texnologiya
sayəsində ödənişlər ənənəvi banklarla müqayisədə daha ucuz başa
gəlir. Köçürmələri 8 valyutada aparmaq mümkün olacaq.Qeyd edək ki,
"Number26" 2015-ci ilin əvvəlindən müştərilərə xidmət göstərməyə
başlayıb. Hazırda mobil bankın 100 min nəfər istifadəçisi
var.