Əlaqə Arxiv
news Image
2016.04.04
16:55
| A A A
ADNSU-nun erməni cinayətkarlığına qarşı növbəti etirazı

Aprelin 4-də saat 15:00 da ADNSU rəhbərliyi, başda rektor Mustafa Babanlı olmaqla müəllim və tələbələr Ermənistan silahlı qüvvələrinin aprelin 2-də cəbhənin təmas xəttində törətdiyi cinayətlərə qarşı növbəti etiraz aksiyası keçirib. Ermənistanın Azərbaycana qarşı törətdiyi silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin və mülkü şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilib. ADNSU-nun dövlətə, orduya, Ali Baş Komandana dəstək məqsədilə bir araya gələn aksiya iştirakçıları Azərbaycan bayrağı və "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, vətən bölünməz", "Yaşasın Qarabağ, yaşasın Azərbaycan!" şüarları səsləndiriblər. Aksiyada tələbə və müəllimlər çıxış edib, erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdiyi cinayətkar əməllər pislənib, düşmənin nəhayətdə öz layiqli cavabını aldığı bildiriib. Aksiyada Dağlıq Qarabağ və ondan kənar 7 rayonun işğal faktı, BMT-nin 4 qətnaməsində torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dünya ictimaiyyəti qarşısında hüquqi sənədlərin olmasına diqqət çəkilib və Ermənistanın beynəlxal hüquq normalarına məhəl qoymadığı deyilib. Rektor M.Babanlı tələbələrin təşəbbüsü ilə səhər saatlarından vüsət alan "cəbhədə ordumuz tərəfindən erməni təxribatına verilən layiqli cavaba dəstək" aksiyasını yüksək dəyərləndirib. Bildirib ki, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə, danışıqlar müstəvisində həllinə çalışdıqca, erməni işğalçıları bundan şirniklənərək daha çox işğal etmək niyyətlərini ortaya qoyurlar. Bu mənada son günlər cəbhədə baş verənlər cəmiyyətin hər bir üzvü kimi tələbələri də düşündürməkdədir. Azərbaycanda vətənpərvər gənclərin yetişdiyini qeyd edən rektor hər kəsi işğalçı Ermənistanın məkirli siyasətinə qarşı birgə olmağa səsləyib.Aksiya iştirakçıları çıxışlarında dünya ictimaiyyətini Ermənistanın məkirli siyasətinə qarşı ədalətli olmağa çağırıblar.

Sizin Reklam Yeriniz