Əlaqə Arxiv
news Image
2012.12.10
17:53
| A A A
Keyfiyyətsiz dərmanlar hələ də sağlamlığımızı təhdid edir
Anar Qədirli: «Dövlət tərəfindən belə halların qarşısını almaq üçün tədbirlər gücləndirilir» Natiq Cəfərli: «Əsas problemli məsələlərdən biri də vaxtı keçmiş dərman vasitələrinin yeni qutularda qablaşdırılaraq bazara çıxarılmasıdır» İqtisadçı ekspert Natiq Cəfərli Mövqe. Az saytına aşağıdakı açıqlamanı verib: "İlk növbədə təbii ki, həmin dərman pereparatlarının ölkəyə girişinə ciddi nəzarət olmalıdır ki, ölkəyə öncədən saxta, keyfiyyətsiz dərmanların girişi qadağan olunsun. Çünki, sərhəddə saxta, keyfiyyətsiz dərmanların ölkəyə girişinin qarşısını almaq başqa tədbirlərdən daha effektli başa gəlir. Əsas məsələ sərhəddə nəzarəti gücləndirməkdir. Bir də vaxtı keçmiş dərmanların vaxt məsələsini düzəldərək yenidən satışa çıxarılmasının da qarşısını almaq lazımdır. Bunun üçün də cəzalar sərtləşdirilməlidir. Çünki, bir çox ölkələrdə belə hallara qarşı çox sərt cəzalar tətbiq olunur. Azərbaycanda hələ ki bununla bağlı cəzalar çox sərt deyil. Bizdə cəzalar lisenziyaların əlindən alınması, xırda məbləğdə cərimələrdən o yana getmir. Mənə elə gəlir ki, belə halların qarşısının alınması üçün sərt tədbirlərə ehtiyac var. Çünki bu çox mühüm məsələdir və insanların sağlamlığı bununla birbaşa əlaqəlidir.
Belə dərmanlar bəzi hallarda çox güman ki, xırda partiyalarla hər hansı bir maşınlarda, nəzarətdən qaçırdaraq sərhəddən keçirilərək gətirilir. Bəlkə də nəzarətdən yayınmaq üçün müxtəlif neqativ hallar mövcud olur. Bunu sübut etmək çətindir.
Amma əsas məsələ təkcə saxta, keyfiyyətsiz dərmanların ölkəyə daxil olması deyil. Əsas problemli məsələlərdən biri də vaxtı keçmiş dərman vasitələrinin yeni qutularda qablaşdırılaraq bazara çıxarılmasıdır. Bunun qarşısını almaq üçün ciddi nəzarət mexanizmləri işlənilməlidir.
Mən düşünürəm ki, saxta dərmanlar qonşu ölkələrdən gətirilir. Bu dərman pereparatlarının təyyarə vasitəsi ilə gətirilməsi çox nadir hallarda baş verə bilər. Bu baş versə də, kiçik partiyalarla mümkündür. İri partiyaların gətirilməsi demək olar ki, mümkün deyil. Ona görə də, dərman preparatlarının qonşu ölkələrdən, məsələn, Gürcüstandan, Rusiyadan və yaxud da İrandan Azərbaycana keçirilməsi mümkündür".
Sizin Reklam Yeriniz