Əlaqə Arxiv
news Image
2012.12.11
11:30
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə isə dekabrın 11-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə dekabrın 11-dən 13-dək Abşeron yarımadasnda iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amildir.
Sizin Reklam Yeriniz