Əlaqə Arxiv
news Image
2012.12.11
17:37
| A A A
Sanitar-gigiyenik pasportu olmayan maşınlar
Vaqif Əsədov: «Ərzaqların daşınması üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələri olmalıdır» İmran Abdullayev: “Qanunvericilik aktı hazırlanmalı və bu mexanizm işə düşməlidir” Sağlam, xəstəliklərdən uzaq həyat tərzi sürmək istəyiriksə, ilk öncə qəbul etdiyimiz qidanın keyfiyyətli olmasına diqqət yetirməliyik. Lakin bu təkcə bizdən asılı olan məsələ deyil. Sağlamlığımızda məsuliyyətin böyük bir hissəsi də ərzaq istehsal edən müəssisənin üzərinə düşür. Lakin məsələ bununla da tamamlanmır. Ərzaq daşıyan avtonəqliyyat vasitələri, onların tələblərə cavab verməsi də burada az rol oynamır. Çünki, əgər ərzaq sanitar-gigyenik tələblərə cavab verən maşınlarda daşınmırsa, məhsul öz keyfiyyətini itirə bilər.
Təəssüf ki, bu gün ölkəmizdə ərzaq daşıyan maşınlardan çox az qismi tələblərə cavab verir . Onu da bildirək ki, əslində, ərzaq daşıyan hər bir maşında sanitar-gigyenik pasport olmalıdır. Lakin əksəriyyətində bu yoxdur.
Bəs gəlin baxaq görək bu məsələ necə tənzimlənir? Problemi aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov məsələ ilə bağlı Mövqe. Az saytına aşağıdakı açıqlamanı verib: "Xüsusi təyinatlı avtonəqliyyat vasitələri var. Bu gün ərzaq daşıyan maşınlar üçün qeyd edilən xüsusi avtomobillərin itismarına icazə verilir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları gündəlik təhkim edildiyi ərazi üzrə bu məsələyə də xüsusi diqqət yetirir. İstənilən nəqliyyat vasitəsində ərzaq məhsullarından olan çörəyin və digər qida məhsullarının daşınması halları var. Bizim tərəfimizdən həmin tipli avtomobilləri idarə edən sürücüləri məsulliyətə cəlb etməklə bunun qarşısını almağa çalışırıq. İlin əvvəlindən bu günə qədər təqribən 338 min inzibati protokol tərtib edilib. Təxminən bundan 300-ə yaxın inzibati protokol edilən sürücü məhz belə xətalara görə saxlanılıb. Əsasən belə hallar Rusiya istehsalı olan avtomobillərlə həyata keçirilir. Ərzaq daşıyan maşınların sanitar-gigyenik pasportu olmalıdır. Əlbəttə ki, bu, bizim tərəfimizdən yoxlanılır. Bu işləri bizə verilən səlahiyyət çərçivəsində yerinə yetiririk. Yükdaşınma qaydalarının pozulmasına görə məsuliyyət tətbiq edilir. Bütövlükdə ərzaqların daşınması üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələri olmalıdır. Bəzi avtomobillərin soyuducusu var. Yəni burda qida məhsullarından tez xarab olanları soyuducu ilə daşınır. Qida məhsullarının daşınması üçün avtomobillər var və daşınma bunlar vaitəsi ilə həyata keçirilməlidir. Ancaq buna baxmayaraq, özəl avtomobilləri olan, gigiyenik qaydalara əməl etməyən qida məhsullarını daşıyan sürücülər bizim tərəfimizdən aşkar edilib və barələrində inzibati protokol yazılıb".
Respublika Sanitar Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məsələ ilə bağlı Mövqe. Az-a verdiyi açıqlamasında aşağıdakıları qeyd edib: "Bizim tərəfimizdən buna nəzarət olunur.
Bəzi obyektlərinin şəxsi maşınları olsa da, digərləri başqa maşınlarda, avtomobillərdə, harda gəldi çörək məmulatları daşıtdırırlar. Bütün bunlar sanitar-gigiyenik qaydaların pozulması ilə yanaşı həmin məmulatların keyfiyyətlərinə də birbaşa mənfi təsir göstərir. Məhsulları gətirən avtomobillərdən müəssisə sanitar-gigyenik pasportun olub-olmamasını tələb etməlidir. Məsələnin həlli üçün biz müvafiq təklif ləri yazıb aidiyyatı qurumlara göndərmişik. Çörəklə bağlı Nazirlər Kabinetinə ünvanladığımız təklifdə avtonəqliyyat vasitələrinin sanitar-gigyenik pasportunu yoxlayan orqanın müəyyənləşdirilməsi məsələsini də qeyd etmişik. Lakin biz yolda gedən avtomobili saxlamaq səlahiyyətinə malik deyilik".
Belə halların qarşısını almaqdan ötrü İmran Abdullayev qanunvercilik aktının hazırlanmalı olduğunu deyib: "Atıla biləcək ən başlca addım qanunvericilik aktının hazırlanmasıdır. Qanunvericilik aktı hazırlanmalı və bu mexanizm işə düşməlidir".
Sizin Reklam Yeriniz