Azərbaycan Suriya müxalifətini tanıyacaqmı?
Natiq Miri: “Müvəqqəti də olsa, səfirliyi bağlamaq və Suriyanın müxalifətini qanuni nümayəndə kimi tanımaq daha doğru olardı”
Qabil Hüseynli: “Bu gün Azərbaycan Suriya müxalifətini tanıya bilməz” Məlumdur ki, ilk Fransa olmaqla artıq Qərbin bir çox iri
dövlətləri, eləcə də bəzi ərəb ölkələri Suriya müxalifətini rəsmən
tanıyıb. Bunun ardınca isə Türkiyə və Fars körfəzi Əməkdaşlıq
Təşkilatı ölkələri də Suriya Milli Koalisiyasını Suriya xalqının
rəsmi təmsilçisi olaraq tanıdıqlarını bildirdilər. Artıq ABŞ
da Suriya Milli Koalisiyasını Suriya xalqının rəsmi təmsilçisi kimi
tanıyan dövlətlərdəndir.
Siyasi şərhçilər Azərbaycanın da BMT Təhlükəsizlik Şurasının üzvü olması baxımından Suriya olaylarına, bu ölkənin müxalifətinə münasibətində atacağı addımların kifayət qədər önəmli əhəmiyyət kəsb etdiyini vurğulayırlar.
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bununla bağlı qeyd edir ki, Suriya müxalifətini tanıyan ilk ölkələrdən birincisinin Fransa və ardınca Türkiyə olduğunu bilirik: "Onlar bu yöndə daha aktiv olan ölkələrdir. Ən nəhayət isə ABŞ da Suriya müxalifətini qanuni nümayəndə kimi tanıdığını elan etdi. Bundan sonra dünya çapında yalnız bu nümayəndə ilə danışacaqlarını bildirdi. Bu, artıq Suriyanın indiyə qədər rəsmi hakimiyyəti olan Bəşər Əsəd rejiminin bir növ legitimlik probleminə böyük bir xələl gətirdi. Bundan sonra artıq Əsəd rejimi qalmasına rəğmən, dünya dövlətləri tərəfindən tanınmayacaq. Ancaq təbii ki, bu yöndə ona dəstək verən və havadarları da var. Bu dövlətlər içərisində Rusiya, Çin və İranı konkret misal çəkmək olar. Azərbaycanın da indiyə qədər gözləntisində məhz təxminən bu yöndə bəzi çətinlikləri var idi. Çünki, artıq bir neçə dəfə Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurası səviyyəsində səsverməyə qoyulmuşdu ki, Azərbaycan məhz sivil, demokratik dünyadan yana səs vermişdi. Bu, doğru qərar idi. Sadəcə, artıq bir hökuməti rəsmi tanımaq, digər hökuməti legitimsizləşdirmək, dövlətlər üçün çox həssas məsələyə və eyni zamanda bu məsələ müəyyən dünya güclərinin maraqlarında olduğu üçün, Azərbaycan müəyyən tərəddüdlər keçirə bilər. Bu, anlaşılandır. Ancaq nəzərə alaq ki, artıq dünyanın əsas gücləri - ABŞ və AB-nin böyük dövlətləri, xüsusi ilə qardaş Türkiyə Suriyanın müxalifətini qanuni nümayəndə kimi tanıyıblar. Ona görə də artıq bundan sonra Azərbaycan üçün elə böyük problem qalmır. Ola bilsin ki, Azərbaycan prosesin nə iləsə nəticələnəcəyini gözləyirdi. Məhz bundan sonra qərar vermək fikrində idi. Ancaq artıq proses tamamilə bəllidir. Çox yaxında Əsəd rejiminin düşəcəyi göz qabağındadır. Artıq Suriya müxalifəti dağınıq yox, məhz mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Bundan başqa Suriyada Əsəd rejiminə qarşı döyüşən bütün qüvvələr vahid komandanlıq altında birləşdirildi. Bu birləşmiş müxalifətin ordusuna artıq dünya gücləri tərəfindən həm maliyyə, həm də silah yönündə dəstək verilir. O da həqiqətdir ki, Dəməşq ətrafında strateji obyektlər müxalifət tərəfindən tutulub. Bu da yaxında Əsəd rejiminin düşəcəyinin göstəricisidir. O baxımdan bu proses "ölməmiş" Azərbaycan dövləti də Suriya müxalifətini tanısa, daha doğru olar. İndiki şəraitdə artıq nə İranın, nə də Rusiyanın maraqları haqqında düşünmək vaxtı deyil. Azərbaycanın demokratik dünyanın yanında olması onun üçün daha faydalı olardı. Çünki, artıq biz tanımasaq belə, proses ona yaxınlaşmaqdadır. Yaxın iki ayda hadisələr müxalifətin qələbəsi ilə nəticələnəcək və orada demokratik proseslərin başlamasına rəcab veriləcək".
Natiq Miri bildirir ki, Azərbaycan dövləti Suriyanın taleyi məsələlərində əsas söz sahibi deyil: "Suriyanın heç bir "qanad"ına qarşı Azərbaycan dövlətinin düşmənçilik mövqeyi yoxdur. Məhz bu yöndə Azərbaycana qarşı konkret hansısa ittihamlar səslənmir. O baxımdan Suriyanın Azərbaycana qarşı düşmənçilik mövqeyi olmadığı üçün bizim səfirlik hələ də orada fəaliyyət göstərir. Ancaq Dəməşq ətrafındakı döyüşlərdəki dairə daralır. Həm də döyüşən qüvvələrin içərisində müxtəlif səpkili, müxtəlif maraqlara xidmət edən insanların da olmasını nəzərə alaraq bu, Azərbaycan səfirliyi üçün konkret təhlükə törədə bilər. Ona görə müvəqqəti də olsa, səfirliyi bağlamaq və Suriyanın müxalifətini qanuni nümayəndə kimi tanımaq daha doğru olardı".
Digər
politoloq Qabil Hüseynli bildirir ki, Azərbaycan Suriya ilə hələ
diplomatik əlaqələri kəsməyib: "Hələlik bizim Suriyadakı
səfirliyimiz fəaliyyət göstərməkdədir. Düzdür, onun personalı
müəyyən qədər azaldılsa da, fəaliyyəti tam dayandırılmayıb. Ona
görə də bu gün Azərbaycan Suriya müxalifətini tanıya bilməz. Qaldı
ki, gələcəyə, Azərbaycanın özünün Dağlıq Qarabağ kimi ciddi
problemi var. O sarıdan Azərbaycan ehtiyatlı davranmalıdır. Liviya
məsələsində olduğu kimi hərəkət etməlidir. Onda da Azərbaycan
səfirliyini nisbətən gec çıxardı, həm də yeni qüvvələrin
tanınmasını tələsik həyata keçirməmişdi. Ölçüb - biçəndən sonra bu
qərarı verdi".
Politoloq bildirir ki, hazırda Suriyada Azərbaycan səfirliyi ilə yanaşı, bir neçə ərəb ölkəsinin səfirlikləri də fəaliyyətdədir: "Amma Azərbaycan səfirliyinin oradan çıxarılmasının vaxtıdır. Çünki, artıq dünyada Bəşər Əsədi əvəzedəcək qüvvələrin tanınması prosesi gedir. Deməli, Bəşər Əsədlə əlaqələrin üzməyin vaxtı gəlib çatıb. Bizim orada səfirlik, rejimlə diplomatik münasibətlərimizi saxlamağımız məntiqə uyğun deyil".