Təndir çörəkləri də paketlənəcək?!
Fazil Talıblı: «Biz bu barədə növbəti mərhələlərdə düşünə bilərik»
Eyyub Hüseynov: «Təndir çörəyi də paketlənə bilər və bu, çox normaldır» Azərbaycanın bir çox bolgəsində təndir çörəyi bişirmək qədim
adət-ənənələr siyahısında özünəməxsus yer tutur. Müasir dövrümüzdə
çörəkbişirmə sahəsində yeni texnologiyalardan istifadə edilməsi
nəticəsində zavod çörəyinin istehsalının artmasına baxmayaraq,
təndir çörəyinə olan tələbat heç də az deyil. Bu fonda isə
xatılatmaq yerinə düşərdi ki, yaxın tezlikdə çörəyin
paketlənməsinə başlanacaq. Belə olan halda təndir çörəklərinin
aqibətinin necə olacağı xüsusi maraq doğurur.
Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məsələ ilə bağlı Mövqe. Az saytına açıqlamasında aşağıdakıları bildirib: "Azərbaycan Standartları İnstitutunun nəzdində taxil və un məmulatlarinin standartlaşdirilmasi üzrə Texniki Komitə yaradılıb. Texniki Komitənin tərkibində Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsi, komitə nəzdində fəaliyyət göstərən Azərbaycan Standartları İnstitutunun mütəxəssisləri, həmçinin Kənd Təsərrüfatı, Səhiyyə nazirliklərinin mütəxəssisləri təmsil olunur. Həmin Texniki Komitənin vəzifələrinə taxıl və un məmulatları ilə bağlı mövcud normativ sənədlərə baxılması, normativ sənədlərdə çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflərin verilməsi, tələb olunan, lazım olan, mühüm əhəmiyyət daşıyan standartların, layihələrinin hazırlanması ilə bağlı təşəbbüslərlə çıxış etməsi, həmçinin layihələrin hazırlanmasını təşkil etmək, layihələr üzərində iş aparmaq və təkliflərlə çıxış etmək daxildir. Hal-hazırda həmin Texniki Komitənin ilk işi Azərbaycanda çörək və çörək məhsulları ilə bağlı yeni milli standart layihəsinin üzərindəki işdir, yəni onu hazırlamaqdan ibarətdir. İlkin layihə var. Yaxın günlərdə həmin layihə texniki komitə tərəfindən Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim ediləcək. Komitənin ekspertləri, mütəxəssisləri ekspertiza apardıqdan sonra komitə rəhbərliyinə həmin layihə təqdim ediləcək. Komitə sədri cənab Ramiz Həsənovun əmri ilə çörək standartı qəbul edildikdən sonra tətbiq ediləcək.
İlkin mərhələdə isə təndir çörəyinin paketləşdirilməsi nəzərdə tutulmur. Mövcud standart ictimaiyyət arasında zavod çörəyi adı ilə tanınan çörək məhsullarına tətbiq ediləcək. Təndir çörəyi kürə çörəkləridir, lavaşlardır, bunlarla bağlı milli standartlarımız var. O standartlarda paketlənmə tələb olunmur. Çünki o çörəklərə olan tələbatın bir istiqaməti də məhz həmin çörəklərin isti, təzə alınması, istehlakı ilə bağlıdır. Buna görə də biz bu barədə növbəti mərhələlərdə düşünə bilərik. Hal-hazırdakı standart zavod çörəklərinə tətbiq edilən dövlətlərarası standartın, QOST standartının təkmilləşdirilməsi və milli standart halında qəbulu və tətbiqini əhatə edir ".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub
Hüseynov Mövqe. Az-a açıqlamasında ilkin olaraq qeyd edib: "Çörəyin
paketlənməsi qiymətə çox cüzi şəkildə təsir edə bilər.
Ekoloji təmiz, çirklənməmiş çörək almağı önə çəksək, qiymət
artımındakı cüzi fərq nəzərə alına bilər və bu normal haldır.
Dövlətin hazırladığı yeni standartlarda 50-100 qramlıq
çörəklərin də hazırlanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları
çörəyə böyük israfçılıq edirlər. Düşünürəm ki, belə halların
qarşısını almaq üçün bu standart çox zəruridir. Digər bir məsələ də
var. İsti çörəyin istehlakı ilə bağlı biz iş aparmalıyıq. Çörək
istehsalçıları isti çörəyin paketlənməsinin problem olduğunu qeyd
edirlər.
Təndir çörəyinin də paketlənməsi vacibdir. Təndir çörəyi də paketlənə bilər və bu, çox normaldır".