Bayram hədiyyəsinin icərisindən köhnə şirniyat cıxdı
İmran Abdullayev: “Həmin mağazanın sahibkarı tərəfimizdən 100 manat məbləğində cərimələnib”
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) bayram
hədiyyələri ilə bağlı satış obyektlərində kecirdikləri yoxlamalar
zamanı qanunsuzluqlar ortaya cıxıb. Mərkəzin Qidalanma bölməsinin
rəhbəri İmran Abdullayevin Movqe.az-a verdiyi məlumata görə,
yoxlamalar zamanı ticarət obyektlərində hədiyyə bağlamalarının
icərisinə istifadə müddəti başa catmış ərzaq məhsullarının
qoyulduğu faktı aşkarlanıb: "Belə bir fakt Xəzər rayon ərazisindəki
mağazalardan birində üzə cıxıb. Həmin mağazanın adı, ünvanı və
sahibkarla bağlı məlumat yaxın günlərdə ətraflı ictimaiyyətə
acıqlanacaq. Mənə verilən məlumata görə, həmin mağazada ticarət
obyektinin özünün qablaşdırdığı hədiyyə bağlamasının icərisindən
vaxtı kecmiş şirniyyat məhsulu tapılıb. Məlum olub ki, mağazanın
satıcısı vaxtı kecmiş şirniyyatdan uşaqlar ücün hədiyyə bağlaması
hazırlayıb. Həmin mağazanın sahibkarı tərəfimizdən 100 manat
məbləğində cərimələnib".
Amma İ. Abdullayev hələki bayram hədiyyələri ilə bağlı monitorinqin davam etdiyini yoxlamaların nəticələri barədə məlumat veriləcəyini söylədi.
Amma İ. Abdullayev hələki bayram hədiyyələri ilə bağlı monitorinqin davam etdiyini yoxlamaların nəticələri barədə məlumat veriləcəyini söylədi.