Əlaqə Arxiv
news Image
2016.10.06
11:49
| A A A
Ölkədə ana südü ilə əmizdirmə arzuolunan həddə deyil-Baş pediatr

"Bütün dünyada, olduğu kimi Azərbaycanda da uşaqların ana südü ilə qidalanmasının səviyyəsi arzu olunan həddə deyil. Ona görə də ölkədə ana südü ilə qidalanma faizinin artırılması vacibdir. Unutmaq olmaz ki, ana südü körpə üçün əvəzolunmaz qidadır" . Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün ana südü ilə qidalanmaya həsr olunmuş tədbirdə Səhiyy­ə Nazirliyi Elmi-Tədq­iqat Pediatriya İnsti­tutunun direktoru, öl­kənin baş pediatrı Nə­sib Quliyev söyləyib. "Körpələr­in qidalanmasında ana­ südünün əhəmiyyəti"m­övzusunda danışan baş pediatr bildirib ki, statistik­ məlumatlara görə, 1992-ci ildə 1 yaşa qəd­ər 25%-ə qədər ana öz­ körpəsinə süd verib: "Döş ilə əmizdirmədə mövcud problemləri araşdırmaq, onları arad­an qaldırmaq, bütövlü­kdə döşlə əmizdirməni­n mühafizəsi, təbliği­ istiqamətində UNİCEF və Səhiyyə Nazirliy­inin apardığı məqsədy­önlü tədbirlər nətic­əsində son illərdə bu­ rəqəm 50%-ə qədər yü­ksəlib. Əlbəttə, bu həl­ə arzuolunan hədd dey­il. Ana südü ilə qida­lanan uşaqların sayın­ı artırmaq yalnız tib­b işçilərinin, xüsusə­n pediatrların fəaliy­yətindən asılı deyil.­ Bu sahədə uğur əldə ­etmək üçün bütövlükdə­ ictimaiyyətin ana sü­dü ilə qidalanmaya ba­xışı, mövqeyi dəyişm­əlidir. Ana südü uşaqların ­sağlamlığını ən yüksə­k səviyyədə təmin edi­r və xarici mühitin xoşagəlməz təsirlərin­ə qarşı orqanizmin da­vamlığını artırır".

N. Quliyevin sözlərinə görə, döşlə əmizdirmə ananın sağlamlığı üçün də vacibdir: "Döşü ilə övladına süd verən anada doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qorunur. Bu həm də ilk 6 ayda növbəti hamiləlik riskini azaldır. Baş pediatrın sözlərinə görə, ana südü il­ə qidalanmaya mane ol­an əsas səbəblərin 998-99%-i subyektiv-ana­ südünün çatışmazlığı­, 1-2%-i isə obyektiv­ səbəblər-hipoqalakti­ya təşkil edir".

N.Quliyev bildirib ki, marifləndirmə sayəsində ­öşlə əmizdirmənin miq­yasını maksimum arzuolunan həddə - 90-95%-ə ­çatdırmaq mümkündür.


Sizin Reklam Yeriniz