Əlaqə Arxiv
news Image
2013.01.10
17:33
| A A A
Dağlıq rayonlarda dərslər dayandırılmayacaq
Bayram Hüseynzadə: "Dağlıq rayonlarda yağan qarın intensivləşməsi hələki tədrisə öz mənfi təsirini göstərməyib” "Havaların kəskin soyması respublikanın ümumtəhsil müəssisələrində hələki dəvamiyyətə təsir göstərməyib. Odur ki, dağlıq rayonlarda hava şəraitinin kəskin soyması üzündən dərslərin dayandırılması gözlənilmir". Bu sözləri Movqe.az-a acıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə söyləyib. Onun sözlərinə görə, dağlıq rayonlarda yağan qarın intensivləşməsi hələki tədrisə öz mənfi təsirini göstərməyib: "Həmin rayonlardan nazirliyə verilən məlumata görə, məktəblilərin dərsə dəvamiyyəti normaldır. Cüzi dəvamiyyətdə zəifləmə var ki, bu da hava şəraiti ilə əlaqədar məktəblilər arasında soyuqdəymə hallarının olması ilə bağlıdır".



Sizin Reklam Yeriniz