Sabirabadda reydlərə başlanılacaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad
rayonunda reydlərə başlayacaq. Bu məlumatı Movqe.az-a Komitənin
Uşaq problemləri şöbəsinin rəhbəri Cəmilə Bağırova verib. Onun
sözlərinə görə, bu ilin ilk reydi Sabirabad rayonundakı internet
klublarda aparılacaq. C. Bağırova hazırda bunun üçün hazırlıq
işləri aparıldığını, rayonun müvafiq instansiyalarına məktublar
göndərildiyini söylədi: "Bizim şöbənin əməkdaşları yanvar ayının
sonundan etibarən Sabirabadda reydlər keçirəcək, reydlər zamanı
dərs vaxtı İnternet klublarda yoxlamalar aparacaqlar.Yerli rayon
İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayan uşaqlarla iş
şöbəsinin əməkdaşları da həmin məktəblilərin valideynləri ilə
danışıqlara cəlb olunacaq. Layihənin məqsədi məktəblilərin dərsdən
yayınmasının qarşısını almaqdır".