Əlaqə Arxiv
news Image
2013.01.14
16:10
| A A A
Ərzaq məhsulları minik avtomobillərində xarab olur
Paytaxtda ərzaq məhsulları daşıyan avtomobillərin coxunun sanitariya pasportları yoxdur. Bu sözləri Movqe.az-a acıqlamasında Respublika Gigeyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin rəhbəri İmran Abdullayev deyib. Onun sözlərinə görə, hazırda ərzaq məhsullarını daşıyan avtomobillərin əksəriyyətinin şəraiti ərzaqların keyfiyyətinə təsir göstərir: "Ərzaqları bir də görürsən minik maşınlarında oturacaqların üstündə, yaxud  yanacaq qoxuyan yük yerlərində daşıyırlar. Bəzi hallara isə xüsusilə yay aylarında tez xarab olunan ərzaqları avtomobilin şüşəsinin qarşısına yığırlar. Belə halda ərzaq mağazaya çatdırılanadək xarab olur. Çörəyin daşınmasında da, bu kimi problemlər var. Ona görə də mövcud normativlərlə ərzaq məhsulları ərzağın daşınması üçün şərait olan maşınlarda aparılmalıdır. Belə avtomobillərə bizim tərəfimizdən sanitariya pasportu verilir".
İ.Abdullayev hazırda ərzaq məhsullarının daşınmasında ciddi problemlər olduğunu, hətta ərzağın keyfiyyətinin daha  çox daşınarkən korlandığını bildirdi. Onun sözlərinə görə,  yol polisi də minik maşınlarında, avtomobillərin yük yerlərində ərzaq daşıyan avtomobillərə qarşı tədbir görə bilmir: "Bizə onu əsas gətirirlər ki, normativ aktlarda bu yoxdur. Amma ərzaq məhsullarını keyfiyyətsiz hala salan, ərzaq məhsullarının daşınması qaydalarını pozanlar cəzalandırılmalıdır".
Bakı Şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə "Yol Hərəkəti Haqqında" qanunun tələbində ərzaq daşınmasına yol polisinin qarışmaq səlahiyyətinin olmadığını bildirdi. Onun sözlərinə görə, belə avtomobillər yük daşınmasının tələblərini pozduqları halda saxlanıla və müvafiq tədbir görülə bilər: "Yükdaşıyan avtomobillər yükdaşıma ilə bağlı texniki qaydalara əməl etmədikdə yol polisləri tərəfindən saxlanaraq protokol tətbiq edilir.Amma yol polisləri ərzağın hansı şəraitdə daşınması məsələsinə qarışmaq səlahiyyətində deyillər. Yaxşı olar ki, bu qaydanı pozan sürücülər ərzaq məhsullarının keyfiyyətinə nəzarət edən qurumlar tərəfindən cəzalandırılsın".
Sizin Reklam Yeriniz