Əlaqə Arxiv
news Image
2013.01.15
15:10
| A A A
Gürcüstan tərəfi Təhsil Nazirliyini beş aydır gözlədir
Faiq Şahbazlı: “Dərsliklər də hələki saxlanılır, istifadəsiz qalıb” Azərbaycanın Təhsil Nazirliyininin Gürcüstandakı Azərbaycan məktəblərinə çap etdiyi dərsliklər istifadəsiz qalıb. Bu məlumatı Movqe.az-a Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı verib. Onun sözlərinə görə, humanitar yardım məqsədilə Gürcüstandakı azərbaycanlı məktəbliləri üçün hazırlanan dərslikləri bu günədək Gürcüstan tərəfi qəbul etməyib: "Biz dərsliklərin vaxtında çatdırılması üçün Gürcüstan tərəfinə dəfələrlə məktub göndərmişik. Amma onlar indiyədək dərsliklərin göndərilməsi ilə bağlı məktubumuza müsbət cavab verməmişdilər. Axır ki, ötən ay onlardan cavab gəldi. Bizdən sorğu istədilər, onu da göndərdik. Amma hələdə dərsliklərin Gürcüstan tərəfində qəbul ediləcəyi barədə rəsmi bildiriş gəlməyib. Dərsliklər də hələki saxlanılır, istifadəsiz qalıb. Gürcüstandan cavab gözləyirik".
Şöbə müdiri işə Azərbaycanın Gürcüstandakı səfirinin də dəfələrlə qarışdığını, amma bunun bir nəticəsinin olmadığını bildirdi. 
F.Şahbazlı bildirdi ki, Azərbaycanın Təhsil nazirliyi lazımi sayda ana dili və ədəbiyyat dərsliklərini hələ sentyabr ayının əvvəlindən hazırlayıb. Qeyd edək ki, Gürcüstandakı Azərbaycan məktəblərinin ana dilində olan dərsliklərə tələbatını Azərbaycanın Təhsil Nazirliyi ödəyir.
Sizin Reklam Yeriniz