Əlaqə Arxiv
news Image
2013.01.22
13:30
| A A A
Rusiya prezidentindən Azərbaycanla dostluğa böyük diqqət
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qarşılıqlı dostluq əlaqələrinin inkişafı üçün ona həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirib

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub. Bunun səbəbləri barədə Mövqe.Az saytının apardığı araşdırmalar nəticəsində kifayət qədər maraqlı məqamlar üzə çıxdı. Məlum oldu ki, bir neçə il öncə Bakı şəhəri Nərimanov rayonu ilə Rusiyanın Həştərxan şəhəri arasında qardaşlıq prtokolu imzalanıb. Bununla bağlı həyata keçrilən tədbirlər tərəflər arasında müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, daha möhkəm özüllər üzərində qurulmasına təkan verib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanda olarkən isə burada böyük bir parkın salınması, həmin parkda ulu öndər Heydər Əliyevin əzəmətli abidəsinin ucaldılması üçün Azərbaycan hökuməti adından Həştərxan rəhbərliyinə müraciət edib. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bu təklifi böyük məmnunluqla qarşılayaraq parkın salınması məqsədilə müvafiq ərazinin ayrılmasına göstəriş verib. Bundan sonra Həştərxanın mərkəzində, Naberejnaya Privoljskovo Zatona küçəsində Heydər Əliyev adına möhtəşəm park salındı və 2011-ci ilin mayın 19-da isə "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda keçirilən forum çərçivəsində sözügedən parkın təntənəli açılışı oldu.

3,5 hektar ərazidə salınmış istirahət parkında geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb, mindən artıq ağac əkilib. Burada müasir işıqlandırma sistemi quraşdırılıb və gözəl fəvvarə yaradılıb. Elə həmin gün həm də Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulub. Körpü Heydər Əliyev adına park ilə Birinci Pyotrun abidəsi ucaldılmış parkı birləşdirməli idi.

Xatırlatmaq yerinə düşərdi ki, 2010-cu ilin oktyabrın 27-də ümummilli lider Heydər Əliyevin abidə kompleksinin Prezident lham Əliyevin iştirakı ilə baş tutmuş təntənəli açılış mərasimi zamanı Həştərxan vilayətinin qubernatoru A.Jilkinin xahişini nəzərə alaraq, Azərbaycan dövlət başçısı park boyu axan Volqa çayının qolunun digər tərəfində yaşayan əhalinin istirahətini təmin etmək məqsədilə, qolun üzərindən piyada keçid körpüsünün tikintisinin həyata keçirilməsini qərara alaraq müvafiq göstəriş vermişdi. Sözügedən tapşırığın yerinə yetirilməsi üçün körpünün layihəsini hazırlamaq məqsədilə dünyada aparıcı layihə institutlarından biri olan "VolqoMostStroyProyekt" institutuna sifariş verildi və sözügedən layihə institutunun mütəxəssisləri tərəfindən işlənib-hazırlandı. 2012-ci ilin sentyabrında isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə həmin körpünün açılışı həyata keçrildi.

Bundan əlavə, Həştərxanda Bakı küçəsində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə 11 nömrəli məktəb yenidən qurulub, yeni korpuslar inşa edilib. 2011-ci ilin oktyabırnda Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılış mərasimi baş tutub. Bu məktəbin açılması Azərbaycan-Rusiya humanitar əlaqələrini möhkəmləndirən mühüm hadisələrdən birinə çevrildi və vilayət icması tərəfindən böyük razılıqla qarşılandı. Əsaslı təmirdən sonra məktəbin siması büsbütün dəyişdi. 1937-ci ildə inşa edilmiş binanın özülü möhkəmləndirilmiş, iki yeni korpus tikilmişdi. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana mövcuddur, istilik sistemi və elektrik xətləri təzələnib. Elektrik təchizatını daha etibarlı etmək üçün dörd transformator qoyulub, dərnək fəaliyyəti üçün kabinet açılıb. Təhsil müəssisəsi yeni kompyuterlər, mebel, yeməkxana avadanlığı ilə təchiz edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən bütün bu işlərin icarsı isə məhz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə həvalə edilib və işlər ən yüksək səviyyədə görülərək başa çatdırılıb.

Bununla yanaşı, Həştərxanda Knyaz Vladimir adına kilsənin bərpa olunması, onun ətraf ərazilərinin abadladırılması, Knyaz Vladimirin abidəsinin qoyulması ilə bağlı Həştərxan şəhər meriyası tərəfindən Heydər Əliyev Fonduna xahiş ünvanlanıb. Bu xahişə də müsbət cavab verilərək qeyd edilən işlərin icrası yenə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə həvalə olunub. Hazırda bu istiqamətdə işlər yüksək səviyyədə davam etdirilir və cari ilin may ayına qədər qeyd edilən işlərin yeknlaması gözlənir.

Nərimanov rayonu ilə Həştərxan şəhəri arasında dostluğun daha bir ifadəsi olan Aşıq Molla Cümə küçəsində salınan parka Bakı-Hətərxan Dostluğu Parkı adı verilib və parkın təntənəli açılış mərasimi keçrilib. Sözügedən park ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə təmir olunub. Bütün bunlar ölkəmizdə olduğu kimi Rusiyada da diqqətlə izlənir və elə bunun nəticəsidir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub. Bu, həm də Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin yüksək səviyyədə inkişafına verilən qiymət kimi qəbul olunur.

Sizin Reklam Yeriniz