Tanınmış hakim Ənvər Seyidov reanimasiyaya düşüb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sızdığı barədə məlumat yayılıb. Lent.az-ın məhkəmədən əldə etdiyi məlumata görə, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Mərkəzi Neftçilər Xəstəxanasından faktı təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, Ə.Seyidov hazırda reanimasiyadadır.