Əlaqə Arxiv
news Image
2013.01.24
11:21
| A A A
Çörək istehsalına nəzarət sərtləşdiriləcək
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini gücləndirib. Komitənin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, istehlakçıların keyfiyyətli və təhlükəsiz çörək məmulatları ilə təmin edilməsi, çörək istehsal edən müəssisələrdə aparılmış monitorinqlər zamanı aşkar edilən ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini daha da gücləndirilib. Bununla bağlı verilmiş Əmrə əsasən xidmətin müvafiq struktur bölmələri əhatə etdikləri rayonlar üzrə çörək istehsalı və idxalı ilə məşğul olan təsərrüfat subyektlərinin siyahısını hazırlayıb, həmin müəssisələrdə istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə müntəzəm olaraq monitorinqlərin aparılması işini təmin etməli, mövcud problemlərin öyrənilməsi və onların aradan qaldırılması məqsədi ilə çörək məmulatları istehsalçıları ilə açıq görüşlərin təşkil edilməsi, istehlakçıların maarifləndirilməsi, kütləvi informasiya vasitələrində bu sahədə həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumatların verilməsi işini gücləndirməlidirlər. Qeyd edək ki,  2012-ci ilin dekabr ayında əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq Əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində "Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki Komitə (TK 15) yaradılmışdır. Əmrə əsasən TK-nın Əsasnaməsi, strukturu və tərkibi təsdiq edilmişdir. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur. Texniki Komitə tərəfindən hazırda "Buğda unundan hazırlanan çörək-bulka məmulatları. Ümumu texniki şərtlər" standartı layihəsi üzərində iş aparılır. Layihə tam hazır olduqdan sonra təsdiq üçün Komitəyə təqdim ediləcək.
Sizin Reklam Yeriniz