Əlaqə Arxiv
news Image
2013.01.27
15:10
| A A A
“İRƏLİ” Təlim və Karyera Mərkəzi üç iştirakçını mükafatlandırıb

27 yanvar tarixində "İRƏLİ" Təlim və Karyera Mərkəzinin təşkil etdiyi "Müasir İqtisad Məktəbi" layihəsi çərçivəsində "Sığorta hadisəsi" mövzusunda seminar keçirilib. Seminarın qonağı "Standard İnsurance" şirkətinin vitse-prezidenti, Azərbaycan Sığortaçılar Assosasiyasında Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli olub.

Seminar zamanı sığorta hadisələri, sığorta hadisələrinin yaranması, növləri, sığorta hadisəsi zamanı sığorta şirkətinin, sığortalanan tərəfin üzərinə düşən vəzifələr, sığorta hüquqları və s haqda məlumat verilib. Daha sonra seminar diskussiya şəklində davam edib və ekspert tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminar zamanı aktiv iştirak edən 3 iştirakçı "İRƏLİ" Təlim və Karyera Mərkəzi tərəfindən mükafatlandırılıb. Samirə Kərimova, Arzu İbrahimova və Müslüm Hüseynovun əmlakı 25.000 AZN dəyərində "Standard İnsurance" tərəfindən pulsuz olaraq sığortalanıb.

Sizin Reklam Yeriniz