Əlaqə Arxiv
news Image
2013.01.31
12:45
| A A A
Sulu qar və qar yağacaq
Bakı və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin tutqun, arabir yağıntılı olacağı, günün ikinci yarısında nisbətən açılacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-2, gündüz  2-6 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 1-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sizin Reklam Yeriniz