Əlaqə Arxiv
news Image
2013.01.31
14:49
| A A A
Qafqaz Müsəlmanları İdarəsi "od püskürdü"
Müqəddəs Payızov:" Belələri ilə din xadimlərini səhf salmasınlar" Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərova cavab verdi. Belə ki, E. İskəndərovun "Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil sözlərinə QMİ-nin cavabı özünü çox gözlətməyib. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Movqe.az-a açıqlamasında bildirib ki, din xadimlərini savadsız adlandırmaq heç bir məntiqə sığmır: "Din xadimi deyəndə dini savadı olan şəxs başa düşülür. Necə ola bilər ki, belə bir insanın dini biliyi aşağı olsun. Bu sözün özündə bir yalnışlıq və məntiqsizlik var. O ki, qaldı din xadimlərinin biliyinə olan şübhələrə, QMİ-nin əməkdaşları sayılan din xadimlərinin dini biliyi tələb olunan səviyyədədir: "QMİ dini təhsili olan insanları işə götürdükdə onların hər birinin savadını yoxlayıb attestasiyadan keçirir. Bizim idarənin əməkdaşları olan din xadimlərinin hər birinin dini təhsili var. Onların mütləq əksəriyyəti Bakı İslam Universitetinin məzunlarıdır. Bundan başqa din xadimlərimiz arasında Suriyada, İranda, Türkiyədə, Liviyada təhsil alanları da az deyil. Bu insanlara necə dini savadınız aşağı səviyyədədir demək olar?"
M. Payızov bildirdi ki, regionlarda da, din xadimləri attestasiyadan keçirilir: "QMİ-nin əməkdaşları olan din xadimlərinin dini maarif səviyyəsinə heç kəsin şübhəsi ola bilməz. Bəlkə də  hüzr yerlərində "Quran" oxuyan, dinlə heç bir əlaqəsi olmayan insanlarla din xadimlərini səhf salırlar. Mən buradan səslənib deyirəm ki, qəbiristanlıqların kənarında oturub dini xidmət göstərən "molla"ların QMİ ilə heç bir əlaqəsi yoxdur. Biz onların dini savadına zəmanət vermirik. Çünki həmin insanlar QMİ-nin Attestasiya Komitəsi tərəfindən attestasiyadan keçirilmir.  Belələri ilə din xadimlərini səhf salmasınlar".
Xatırladaq ki, dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov keçirdiyi mətbuat konfransında Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsinin qənaətbəxş olmadığını söyləmişdi.
Sizin Reklam Yeriniz