Təhsil nazirliyi Ramiz Mehdiyevin iradına münasibət bildirdi
Natiq İbrahimov: "Nazirlik ancaq sənədlər qaydasında olmazsa yoxlama apara bilər"
Təhsil nazirliyi Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyanın sədri Ramiz Mehdiyevin ikinci təhsilin təşkili ilə
bağlı səsləndirdiyi irada münasibət bildirib. Nazirliyin Ali və
orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov
Movqe.az-a açıqlamasında ikinci təhsillə bağlı məsələni
universitetlərin tənzimlədiyini söyləyib. Onun sözlərinə görə,
ikinci ali təhsil iki formada aparılır: "İkinci təhsil almaq
istəyənlərin bir qismi Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin
vasitəsilə ikinci ali təhsil almaq şansına nail olurlar. İkinci
yolu isə ali məktəblərdən keçir. İkinci ali təhsil almaq istəyən
şəxs ali məktəblərlə müqavulə bağlayıb yuxarı kurslarda təhsilini
davam etdirir".
N. İbrahimovun sözlərinə görə, bu zaman ikinci ali təhsil almaq istəyən şəxs yenidən imtahan olunmur: " Onun sənədləri yoxlanılır, ixtisasının uyğun gəldiyi fakultədə ikinci ali təhsilini davam etdirir".
Baş məsləhətçi ikinci ali təhsildə nöqsanların aradan qaldırılması işinin birbaşa Təhsil nazirliyinin səlahiyyətində olmadığını söylədi: "Nazirlik ancaq sənədlər qaydasında olmazsa yoxlama apara bilər. Adi halda isə bu Nazirlər Kabinetinin sənədidir, ali məktəblər icra edir. Biz nə edə bilərik ki?".
Qeyd edək ki, dünən R. Mehdiyev başqa universitetlərdən olan tələbə köçürmələri və təkrar ali (ikinci) təhsilin təşkili ilə bağlı məsələlər üzrə də ciddi iradlar səsləndirmişdi.