Əlaqə Arxiv
news Image
2013.01.31
17:15
| A A A
Yeni kəbin blankları sifariş verilib EKSKLÜZİV
Müqəddəs Payızov: "Kəbini kəsən din xadimi həmin yerə nikahın qeydə alındığı nömrəni qeyd edəcək" Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yeni ailə quranların kəbinin kəsilməsi üçün yeni blanklar sifariş verib. QMİ-nin  xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Movqe.az-a açıqlamasında bildirib ki, bu blanklar azyaşlıların rəsmi nikah olmadan molla kəbini ilə evlənməsinin qarşısını alacaq: "Bəzən irad səsləndirirlər ki, mollalar rəsmi nikah olmadan kəbin kəsirlər. Qeyd edim ki, QMİ-nin əməkdaşı sayılan din xadimləri belə hallara yol vermirlər. İdarənin bununla bağlı fətvası var ki, nikah olmadan kəbin kəsilməsin. Bizim əməkdaşlarımız da bu tələbə əməl edirlər. Amma yaxın vaxtlarda belə arzuolunmaz hallar varsa,  qarşısı tam olaraq alınacaq. QMİ kəbin kəsilməsi üçün yeni blanklar sifariş verib. Bu blanklarda yeni ailə quranların  nikah nömrəsinin qeyd edilməsi üçün yer göstəriləcək. Kəbini kəsən din xadimi həmin yerə nikahın qeydə alındığı nömrəni qeyd edəcək. Bu isə onu təsdiqləyir ki, ailə quran gənclər rəsmi nikaha daxil olublar".
M. Payızovun sözlərinə görə, bu blanklar nikahını toy günü, şadlıq evində qıyanlara da problem yaratmayacaq: "Əgər belə olarsa,evlənən cütlük  Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsindən nikahın qeydə alınması seriyasını təsdiqləyəcək sənədi din xadiminə təqdim etməlidir ki, kəbini kəsdirsin".
Sizin Reklam Yeriniz