RGEM-i sahə müvəkillərini günahkar görür
İmran Abdullayev: " Rayon GEM-ləri küçədə ət, balıq və sair məhsulların satışı üçün heç bir razılıq sənədi vermir"
"Paytaxt küçələrində balıq satışının aparılmasına yerli rayon
Gigiyena və epidemiologiya mərkəzləri tərəfindən icazə verilməyib.
Kücə ticarətinin qarşısını almaq yerli rayon GEM-lərindən daha çox,
ərazinin sahə müvəkillərinin üzərinə düşür".
Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma bölməsinin rəhbəri İmran Abdullayev söyləyib. Onun sözlərinə görə, rayon GEM-ləri küçədə ət, balıq və sair məhsulların satışı üçün heç bir razılıq sənədi vermir: " Belə halda heç bir icazə sənədi olmayan küçə ticarətçilərinin fəaliyyət göstərməsinə sahə müvəkkilləri əngəl törədə bilərlər. Çox təəssüf ki, bəzən sahə müvəkkilləri də onların fəaliyyətinə göz yumurlar. Balıq məhsulunun satışı, saxlanılması müvafiq şərait tələb etdiyindən, o məhsulun küçədə, dayanacaqlarda satışı qəti yolverilməzdir. Buna görə də, alıçılar da diqqətli olmalı küçədə satılan məhsullardan alıb istifadə etməməlidirlər ki,küçə ticarətinə təlabat azalsın".
İ. Abdullayev Azərbaycanda küçə ticarətinin qarşısı alınmaz bəlaya çevrildiyini söyləsə də, qonşu ölkələrdə küçə ticarətinə qarşı mübarizənin çox effektiv nəticə verdiyini söyləyir: "Qonşu Türkiyədə bu işə bələdiyyələr baxır. Bələdiyyənin əməkdaşları icazəsiz satışa görə, məhsulu sahibi qarışıq ərazidən uzaqlaşdırırlar. Bizdə də bu səlahiyyət konkret bir qurumun üzərinə qoyulmalıdır ki, problem həll olunsun".
Xatırladaq ki, hələ 2010-cu il iyun ayının 1-də paytaxtda kücə ticarətinin qarşısının alınması istiqamətində təxirəsalınmaz və kəsərli tədbirlərin həyata keçirilməsi məqsədilə BŞBPİ-də xüsusi tədbirlər planı təsdiq edilib. Həmin planın üstündən üç ildən çox vaxt keçsə də, BŞBPİ-inin İctimai Təhlükəsizlik İdarəsi üzərinə düşən vəzifənin öhdəsindın lazımınca gələ bilməyib.