Ucqar kəndlərə elektrik enerjisi niyə fasilələrlə verilir?
Havalar soyandan respublikanın əksər dağlıq ərazilərində yerləşən
ucqar kəndlərə elektrik enerjisi fasilələrlə verilir. Şəki
rayonunun Daşbulaq, Baş Zəyzid, Kiş, Baş Küngüt
kəndlərinin sakinlərinin Movqe.az-a verdikləri məlumata görə, artıq
onlar elektrik enerjisinin verilişində yaranan fasilələrə bir növ
adətkar olublar: "Biz qış fəsli girəndən ağ neft ehtiyatımızı alıb
qoymuşuq. Çünki elektrik enerjisinə güvənməli deyil. Bizim
kənddə demək olar ki, hər gün səhər saat 8-dən günorta
saat 12:00-a dək, axşam ssat 20:-dən gecə saat 12:00-a dək işıqlar
sönür. Nə vaxt soruşsan aidiyyatı qurumlar "yüklənmə nəticəsində
açılmalar olub" cavabını verirlər".
Qeyd edək ki, ucqar dağ kəndlərində elektrik enerjisinin fasilələrlə verilməsi adi hala çevrilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən isə, bildirdilər ki, ucqar dağ kəndlərində yaranmış fasilələr xətlərin təmiri ilə əlaqədardır: "Qurumdan qışda dağlıq kəndlərdə mavi yanacaq olmadığından, elektrik enerjisindən istifadəyə daha çox üstünlük verildiyini, bunun isə yüklənmələr nəticəsində xətlərdə qəza açılmalara gətirib çıxardığını söylədilər. "Azərenerji" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, belə hallarda təmir işləri ilə bağlı fasilələr yaranır ki, təmir başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa edilir. Sakinlər isə elektrik enerjisinin fasilələrlə verilməsinin səbəbini belə izah edirlər: "Bizə əraziyə baxan elektrik mühəndisi deyir ki, dağlıq ərazilərə elektrik enerjisini ötürən xətlər və transformatorlar köhnədir. Qışda yüklənmələr çox olduğundan rayon enerji satış idarələri məcburiyyət qarşısında elektrik enerjisinin verilişində fasilələr yaradır ki, xətlər və transformatorlar sıradan çıxmasın"."Azərenerji" ASC –dən isə xətlərin və transformatorların köhnə olduğunu təsdiqləsələr də, elektrik en
erjisinin verilişində bu səbəbdən fasilələrin yaranması ilə
bağlı deyilənləri təksizb etdilər. Bildirdilər ki, ancaq qəza baş
verən zamanı təmirlə əlaqəli fasilələr yarana bilər. Amma sakinlər
hər gün eyni vaxtda, fasilələrin yaranmasının təmirlə əlaqəli
olmasının inandırıcı olmadığını söyləyirlər.