Əlaqə Arxiv
news Image
2013.02.05
19:03
| A A A
Teleseriallar üçün sponsor problemi qabarır
Yaşar Əhmədov: «Gələcək mərhələlərdə təbii ki, daha gözəl və uğurlu nəticələr əldə etməmiz üçün sponsorlar və əlavə şirkətlər qoşulmalıdırlar» Məlum olduğu kimi ilk seriallar Latın Amerikasında yaranıb. Müstəqillik qazandıqdan sonra bu ölkənin istehsalı olan seriallar Azərbaycanda da yayımlanmağa başladı. Keçən ildən etibarən Azərbaycanda, Milli Televiziya və Radio Şurası mühüm bir qərar qəbul etdi. Azərbaycanda xarici teleserialların yayımlanması dayandırıldı və öz milli seriallarımızın çəkilməsi üçün dövlət tərəfindən telekanallara pul ayrıldı.
Ölkəmizdə "Kabusun Kölgəsində", "Məhkumlar", "Sirr", "Pərvanələrin Rəqsi", "Bacanaqlar", "Həkimlər" və bu kimi bir çox teleseriallar çəkilib yayımlanır. Əksər ölkələrdə teleserialların çəkilişi və nümayişi artıq ciddi biznesə çevrilib, bəs görəsən Azərbaycanda vəziyyət necədir?
Hal hazırda çəkilişləri davam edən "Məhkumlar" bədii serialının rejissoru, "Oscar production"ın rəhbəri Yaşar Əhmədov Azərbaycan seriallarına ayrılan sərmayənin nələrə kifayət etməsi ilə bağlı Movqe.az saytına açıqlama verib: "Azərbaycanda serialların çəkilməsi yeni olduğundan biz həm işləyirik, həm də ki, nələrisə daha mükəmməl öyrənməyə çalışırıq Əslində, özümüz-özümüzdən bir növ təcrübə toplayırıq . İlkin mərhələ üçün serialların çəkilişi normal hesab oluna bilər. Gələcək mərhələlərdə təbii ki, daha gözəl və uğurlu nəticələr əldə etməmiz üçün sponsorlar və əlavə şirkətlər qoşulmalıdırlar. Serialların çəkilməsi dövlətin dəstəyi ilə başlanıldı, hesab edirəm ki, bu təkcə bu cür formada qalmamalıdır, bir çox şirkətlər dəstək olmalıdır bizə və bu proses intensive şəkildə davam etməlidir. Hal-hazırda keyfiyyət qismən məni qane edir. Fikrimcə, aidiyatı qurumlar bu keyfiyyət məsələsini nəzərə alsalar, daha yaxşı olar. Hələ ki özümüzə türk seriallarının 1990-cı ildən sonrakı dönəmlərini örnək ala bilərik. Getdikcə keyfiyyət məsələsi təbii ki, düzələcək. Dövlət tərəfindən ayrılan maliyyə sadəcə dəstək və təkan idi. O kifayət etmək üçün deyildi.Sadəcə dövlətin verdiyi sərmayəni laiqincə dəyərləndirmək lazımdır. Bütün bunların mütləq şəkildə davamı gəlməlidir".
Milli Teleradio Şurası, serialı çəkən şirkətlər, ona reklam verənlər də bu məsələdə maraqlıdırlar. Serial çəkən şirkət telekanalla müəyyən məbləğ üzərində razılaşır. Kanal da o serialın qazandığı reytinqə görə bonus verir. Beləcə, kanallar işin başında yüksək məbləğ verib, seriala sahib olmazsa, şirkət bir müddətdən sonra başqa kanala üz tuta bilər. Bir tərəfdən də şirkət yüksək bonusu qazanmaq üçün serialın ilk bölümlərinə yüksək məbləğ sərf edir. Hər şeyin gözəl olmasına çalışır. Bəlkə də ilk mərhələlərdə şirkət özü bir şey qazana bilmir, amma gələcəyə ümidlidir, çünki böyük tamaşaçı kütləsi toplayandan sonra reytinqi də artır, qazancı da…
Sizin Reklam Yeriniz