Tələbələr "tələbə kart"larından narazılıq edirlər
"Bu qiymətə başqa salonda iki dəfə saç düzəltdirmək olar, hələ 50 qəpik də tələbənin öz cibində qalar"
Azərbaycanda tələbələr onlara verilən "tələbə kart"larındakı
endirimlərdən narazıdırlar. Bu barədə Movqe.az-a tələbələr məlumat
verib. Tələbələrin sözlərinə görə, bu kartlar əslində tələbələrin
endirimlə alış-verişi üçün nəzərdə tutulsa da, endirim nəzərdə
tutulan əksər obyektlərdə tələbə kartlarsız belə endirimlər var.
Sırf tələbələr üçün edilən endirimlər isə çox cüzidir. Tələbələr
bildirilər ki, endirim kampaniyasında iştirak edən obyektlərin
çoxunda endirimlə belə qiymətlər elə yüksəkdir ki, endirimsiz
obyektlərin xidmətindən istifadə etmək onlar üçün daha sərfəlidir:
"Tutaq ki, Bella gözəllik salonunda endirimlə saç, makiyaj
etdirməkdənsə adi salonda iki dəfə bundan ucuz saçın
düzləşdirilməsi mümkündür. Bu salonda saçın düzləşdirilməsinin
qiyməti 15 manatdır. Tələbələrə isə 50 faiz güzəştlə bu 7 manat 50
qəpiyə başa gəlir. Bu qiymətə iki dəfə başqa salonda saçı
düzəltdirmək olar, hələ 50 qəpik də tələbənin öz cibində qalar.
Paytaxtın əksər bərbərxanalarında saçın düzləşdirilməsinin qiyməti
hamı bilir ki, üç manatdır. Daha bunun harası endirim oldu. Bundan
əlavə elə obyektlər seçilib ki, oradan tələbə oldun-olmadın
endirimlə mal almaq olur. Bircə Pizza kafelərdə bi qədər
sərfəlidir".
Tələbələr deyirlər ki, "tələbə kart"ları hələki tələbələrə sərfəli endirimlər təklif etmir: "Yaxşı olar ki, EYCA-nın Azərbaycandakı üzvü olan, Xəzər İnvestitsiya Mərkəzi daha sərfəli endirim təklif edən obyektlərin adını bu siyahıya salsın. Belədə həmin obyektlər kart vasitəsilə ancaq reklam olunurlar".
Birdə tələbələr onlara endirim təklif edən ticarət, iaşə obyektləri barədə kataloqların verilmədiyindən şikayətləndilər: "Gərək Eyca.az saytına daxil olub ebdirim olan obyektlərin siyahısına baxasan. Kataloq əlimizdə olsa rahat seçimimiz edə bilərik".
Amma ümumilikdə tələbələr onlar üçün nəzərdə tutulmuş "tələbə kart"larının hazırlanmasının təqdirəlayiq iş olduğunu söylədilər. Xəzər İnvestitsiya Mərkəzinin rəhbri Elşən Musayev isə deyir ki, "tələbə kart"ı vasitəsilə endirimli xidmət təklif edən ticarət,alış-veriş obyektlərinin sayı hər gün artır və inkişaf etdirilir: "Bu kartlar sırf tələbələrin sosial statutuna dəstək məqsədi ilə yaradılıb. Biz də istəyirik ki, tələbələr bu kartın köməyi ilə endirimli xidmətlərdən yararlana bilsinlər. O ki, qaldı endirimlərin tələbələrə sərfəli olmamasına, bu xidməti təklif edən şirkət, obyektlərin səlahiyyətinə aid məsələdir. Endirimin neçə faiz olması barədə qərarı onlar verirlər. Sahibkarlıq subyektləri bəzən elə hesab edirlər ki, endirimi çox etsələr itirəcəklər. Amma nəzərə almalıdırlar ki, bu endirim onların müştəri ordusunu artırır. Yəni bu tərəfdən endirim etsələr də digər tərəfdən qazanırlar".
E. Musayev "tələbə kart"larının tələbələrə sərfəli olması üçün endirim təkcə endirim təklif edən obyektlərin yox, xidmət sahələrinin də genişləndirildiyini söylədi".
Endirim nəzərdə tutulan ticarət, iaşə obyektləri barədə tələbələrin məlumatsızlıqlarına gəlincə, E. Musayev eca.az saytında bu barədə ətraflı məlumat verildiyini, 2000 kataloqun hazırlanaraq ali təhsil ocaqlarının Tələbə gənclər Təşkilatlarına paylanıldığını söylədi: "Tələbələrin kartlarla bağlı nə arazılıqları varsa biz onlarla bu məsələni müzakirə edib çıxış yolları aramağa hazırıq".