Əlaqə Arxiv
news Image
2017.06.15
11:30
| A A A
“Samsung Galaxy S8”in yeni versiyası bu ay bazara çıxarılacaq
Populyar “Geekbench” bençmarkında “Samsung” şirkətinin yeni smartfonu görüntülənib.

Movqe.az  “vladtime.ru” saytına istinadən xəbər verir ki, cihaz bu ay bazara çıxarılacaq. 

Məlumatda deyilir ki, “Galaxy S8” smartfonu 1,9 GHs tezliyi ilə “Snapdragon 835” prosessorunun bazasında olacaq. Əməliyyat yaddaşının həcmi 4 GB olacağı bildirilərkən, “Android 7.0 Nougat” əməliyyat sistemində işləyəcəyi də qeyd olunub. 

Yeni smartfon səthi ekrana malik olacaq.  “Galaxy S8” smartfonu zərbələrə dözümlü və  güclü korpusa malik olacaq.   

Ehtimal olunur ki , “Galaxy S8 Active” analoji olaraq ötən il olduğu kimi, AT&T mobil rabitə operatorunun eksklüziv modeli olacaq. 

Sizin Reklam Yeriniz