İnternet operatoru qısa zamanda internetin verilişini bərpa edəcək
Bakıda bir sıra internet provayderləri abunəçilərə internet xidmətlərinin təqdim olunmasında çətinlik yaşayır.
Bunu Trend-ə KATV1-in marketinq şöbəsinin rəhbəri Əli Əliyev deyib.
Onun sözlərinə görə, internet trafikin verilməsində problemlər provayderlərin özündə yox, onlara trafiki təqdim edən operatorda yaranıb.