Toyların keçirilməsi qanunla tənzimlənə bilərmi?
Musa Quliyev: " Prezident məmurlara sadə insanlardan fərqləndirməməyi tövsiyyə edir”
"Ölkə prezidentinin məmurlara dəbdəbəli toy etmələri, ziyafət
vermələri ilə bağlı iradından sonra Milli Məclisdə "Mərasimlər
Haqqında" qanun layihəsinin hazırlanması gözlənilmir. Əslində, biz
bu qanunun qəbulunu müzakirə edəndə də, çox fikirləşdik və qərara
gəldik ki, ölkədə el şənliklərinin və yas mərasimlərinin
keçirilməsini bir qanunla tənzimləmək mümkün deyil. Ona görə də, bu
qanun layihəsinin hazırlanması saxlanıldı".
Bu sözləri Mövqe.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, toylarda menyunu konkret standarta salmaq olmaz: "Belə bir qanun qəbul etmək olmaz ki, toyda menyuda ancaq bu yeməklər olmalıdır, yaxud yas mərasimində ancaq hansı yeməklər ehsan kimi verilməlidir. Elə adam var ki, ümumiyyətlə ehsan vermir. Elələri də var ki, mərhumun "üç"," yeddi" mərasimlərində ehsan verir. Ona görə də bu iş adət şəklində olmalıdır və məsələni icmalar müəyyənləşdirməlidir. Amma konkret olaraq "gəlin maşın karvanı"ilə bağlı məsələləri yol polisləri tənzimləyə bilər. O ki, qaldı prezidentin bu məsələ ilə bağlı iradlarına, o, bununla məmurlara sadə insanlardan fərqləndirməməyə tövsiyyə edir".