Donuz qripi virusu aşkarlandı
Rusiyanın Kamçatka diyarında 12 yoluxma halı qeydə alınıb
Rusiyanın Kamçatka yarımadası ərazisində son bir həftə ərzində 12 donuz qripinə yoluxma halı qeydə alınıb. "Rospotrebnadzor"un məlumatına görə, A(H1N1) virusuna yoluxma halının 9-u Petropavlovsk-Kamçatsk, 3-ü isə Yelizovsk rayonunun sakinlərində aşkar edilib.
Daha 2 nəfərdə isə A(H3N2) qrupuna aid virus aşkarlanıb. Həmin şəxslərin son vaxtlar Kamçatka diyarının hüdudlarını tərk etmədiyi bildirilir.
Petropavlvsk-Kamçatsk məktəblərində karantin elan edilib.